BDU və Qarabağ Dövlət Universitetində kriminalistikanın əsas fənn kimi keçirilməsi üzrə pilot layihə həyata keçirilir
Baş Prokurorluq Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə həyata keçirir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında "Baş Prokurorluq"un Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev deyib.
Onun sözlərinə görə, bu gün xüsusilə aktual olan məsələlərdən biri kriminalistika sahəsidir:
"Təhsil Nazirliyinin müraciəti əsasında Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə birlikdə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə üzərində iş aparılır və biz də bu istiqamətdə zəruri dəstəyi göstəririk. Lakin açıq etiraf etməliyik ki, bu gün prokurorluqda müstəntiq və prokuror vəzifələrində çalışan şəxslərin, eləcə də vəkillərin müəyyən hissəsinin kriminalistika sahəsində praktiki bilik və bacarıqları arzu olunan səviyyədə deyil. Halbuki müasir cinayət təqibi və ədalət mühakiməsi sistemində məhz bu sahədəki bacarıqlar xüsusi əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Rektor: Qarabağ Universiteti 1154 tələbə ilə fəaliyyətə başlayıb
AİM-in rəhbəri: "Qarabağ Universiteti ilə elmi-tədqiqat laboratoriyalarının yaradılması planlaşdırılır"
Universitetlərə boş qalan plan yerlərinin sayı açıqlanıb
Bakı Dövlət Universiteti auditor seçir
Lənkəran Dövlət Universiteti 13 kafedra üzrə vəzifələri tutmaq üçün müsabiqə elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
