ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyib
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən və Ukraynaya əlavə yardım ayıran qanun layihəsini təsdiqləyib.
"Report"un məlumatına görə, Konqresin 226 üzvü təşəbbüsün lehinə, 195 üzvü isə əleyhinə səs verib.
Qanun layihəsi mümkün sülh razılaşması və danışıqların şərtlərinə riayət olunmasını təmin etmək üçün Rusiyanın hərəkətlərinin müntəzəm qiymətləndirilməsini tələb edir. Uyğunsuzluq halında, Rusiya rəsmilərinə, maliyyə sektoruna, neft, qaz, kömür və hasilat sənayesinə əlavə sanksiyalar tətbiq edilə bilər.
Bundan əlavə, Rusiya mal və xidmətlərinə gömrük rüsumlarının azı 500 %-ə qədər artırılması təklif olunur.
Sənəd həmçinin 2026 və 2027-ci maliyyə illərində Ukraynaya 300 milyon dollarlıq hərbi yardımın göstərilməsini nəzərdə tutur. Qanun layihəsi demokrat Qreqori Miks tərəfindən təqdim edilib.
Oxşar xəbərlər
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul edib
Nümayəndələr Palatası “vahid, böyük, gözəl qanun layihəsi”ni qəbul etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyir
ABŞ Senatına Kiyevə 54,6 milyard dollar yardım haqqında qanun layihəsi təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Xankəndidəki su və kanalizasiya kollektorları yenidən qurulacaq
