Azərbaycan Tacikistanda Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edib
Azərbaycan mayın 25-28-də Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş "Davamlı İnkişaf üçün Su" Beynəlxalq Fəaliyyət Onilliyi (2018–2028) çərçivəsində lV Yüksək Səviyyəli Beynəlxalq Konfransda iştirak edib.
"Sizinxeber.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, konfransın əsas məqsədləri BMT-nin Su Fəaliyyəti Gündəliyində əks olunan könüllü öhdəliklərin icrasını sürətləndirmək, yeni tərəfdaşlıqlar formalaşdırmaq, su ilə bağlı çağırışlara innovativ həllər təşviq etmək, həmçinin "Su Fəaliyyət Onilliyi" çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək olub.
Tədbirdə su ehtiyatlarının dayanıqlı idarə olunması, su təhlükəsizliyi, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma, kənd təsərrüfatında suyun səmərəli istifadəsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri geniş müzakirə olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədr müavini İlham Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda Azərbaycan nümayəndə heyəti kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. Bildirilib ki, ölkədə suvarma infrastrukturunun yenilənməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və ekoloji cəhətdən dayanıqlı kənd təsərrüfatı təcrübələrinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Konfrans "Gələcək üçün su", "İnsanlar üçün su" və "Cəmiyyət üçün su" mövzularında keçirilən panel sessiyalar və müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Bakıda regional iqlim seminarı keçirilir
Məcnun Məmmədov FAO-nun təşkilatçılığı ilə keçirilən nazirlərin xüsusi tədbirində iştirak edib
Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı üzrə türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir - Məcnun Məmmədov
Azərbaycan Efiopiya ilə kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini müzakirə edib
Somali rəsmisi: "COP29-un nəticələri qlobal səyləri gücləndirəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
