Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 55 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 55 % artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan 8 min 105 ton süd və qaymaq idxal edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 14 milyon 567 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 225 ton (37,8 %), dəyər baxımından isə 5 milyon 165 min dollar (55 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Oxşar xəbərlər

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 61 % artırıb
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 15 % azaldıb
Azərbaycan süd və qaymaq idxalını 34%-ə yaxın artırıb
Azərbayсan ət idxalına çəkdiyi xərci 15 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər