Tahir Mirkişili: "Azərbaycanda qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır"
sizinxeber.az xəbər saytı

Tahir Mirkişili: "Azərbaycanda qanunvericilik süni intellektin anlayacağı formatda hazırlanmalıdır"


Azərbaycanda qanunvericilik aktları süni intellektin anlayacağı formatda hazırlanmalıdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırda süni intellekt mövcud qanunvericilik mətnlərini tam anlaya bilmir: "Hüquq, texniki və iqtisadiyyat sahələrində süni intellektin rolunun artması qanunvericilik aktlarının formatında dəyişiklikləri zəruri edir. Bu baxımdan, qanunların həm vətəndaşların, həm də süni intellektin başa düşə biləcəyi iki formatda hazırlanması vacibdir".

T. Mirkişili hesab edir ki, Milli Məclisin bu sahədə müəyyən resursu və təcrübəsi var.

"Texniki imkanları da nəzərə alaraq təklif edirəm ki, Milli Məclis, Nazirlər Kabineti və hökumətin resurslarından istifadə edilməklə bütün qanunvericilik aktlarının, eləcə də bundan sonra qəbul ediləcək qanunların iki formatda – həm təbii, həm də süni intellektin anlayacağı şəkildə hazırlanması üçün addımlar atılsın”, – deyə deputat əlavə edib.

Oxşar xəbərlər

Tahir Mirkişili: “Süni intellekt haqqında” ayrıca qanunun qəbuluna ehtiyac var
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Azay Quliyev: Azərbaycanda süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac var
ABŞ-də süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkət yaradılacaq
Süni intellektin məsuliyyətsiz istifadəsinin fəsadları ola bilər – Dini liderlərin Bəyannaməsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər