Fransa “Apple” şirkətini 150 milyon avro cərimələyib
Fransanın antiinhisar tənzimləyicisi iOS və iPadOS əməliyyat sistemlərində mobil tətbiqlərin yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə “Apple” şirkətini 150 milyon avro cərimələyib.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, pozuntular 2021-ci ilin aprelindən 2023-cü ilin iyuluna qədər olan dövrü əhatə edir.
Cərimələrə səbəb istifadəçi fəaliyyətinin izlənilməsini tənzimləyən “App Tracking Transparency” (ATT) mexanizmi olub. Tənzimləyicinin fikrincə, “Apple” ondan üçüncü tərəf proqramlarının işləməsini çətinləşdirən və tərtibatçılara və reklamçılara zərər verən şəkildə istifadə edib.
“Apple”dan bildiriblər ki, belə qərar qəbul olunduğuna görə məyusdurlar, lakin tənzimləyici ATT-də dəyişiklik edilməsini tələb etməyib. Şirkət mexanizmin istifadəçilərə şəxsi məlumatlara nəzarət etməkdə kömək etdiyindən əmindir və cəmiyyətdən dəstək alıb.
Oxşar xəbərlər
Aİ Almaniyanı 34 milyon avro cərimələyıb
“Apple” “iPhone” mobil telefonlarına birbaşa qoşulmaq üçün “Globalstar”a 1,5 milyard dollar sərmayə qoyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
