Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
16 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun Prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Türk İnvestisiya Fondu arasında əməkdaşlıq gündəliyində duran məsələlər, Fondun fəaliyyət istiqamətləri və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tətəflər Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə yaradılmış Türk İnvestisiya Fondunun türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və regionun dayanıqlı inkişafına töhfə baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Azərbaycanın irəlilətdiyi layihələrin regional bağlantıların gücləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafında oynadığı rol qeyd olunub. Bu çərçivədə, Orta Dəhlizin potensialının artırılması, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, həmçinin ölkəmizin mühüm logistika və nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məıumat verilib.
Nazir Ceyhun Bayramov Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ətrafında formalaşdırılan nəqliyyat-logistika infrastrukturunun regional ticarət və yükdaşımaların həcminin artırılmasına xidmət etdiyini bildirib.
Bununla yanaşı, alternativ enerji sahəsində görülən işlər barədə məlumat verilib.
Tərəflər Türk dünyasının iqtisadi potensialının daha səmərəli reallaşdırılması, qarşılıqlı faydalı investisiya layihələrinin təşviqi, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə səylərin artırılmasının ortaq rifahın möhkəmləndirilməsinə və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Lavrovun müavini ilə regional və beynəlxalq məsələləri müzakirə edib
Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
