Səfir: "Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb"
sizinxeber.az xəbər saytı

Səfir: "Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb"


Ukrayna kibertəhlükəsizlik sahəsi ilə bağlı yeni infrastruktur yaradıb.

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Bakıda ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusunda keçirilən ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında bildirib.

Səfir qeyd edib ki, Ukraynada texnologiya sahəsində təxminən 5 000 şirkət fəaliyyət göstərir, 300 mindən çox İT mütəxəssisi çalışır: "Onlar əsasən biznes, proqram təminatı, marketinq texnologiyaları, media, fintex, sığorta və səhiyyə texnologiyaları, sağlamlıq, elektron ticarət, pərakəndə satış və əlbəttə ki, kibertəhlükəsizlik kimi sahələrdə fəaliyyət göstərirlər. Rusiya Ukraynada tammiqyaslı müharibəyə başlamamışdan qabaq bu sahədə illik artım tempi 20-30 % idi. Lakin Ukrayna ərazilərinin işğalı və qlobal iqtisadi tənəzzül kimi amillər bu sahədə geriləməyə səbəb olub".

Onun sözlərinə görə, ölkəsi kibertəhlükəsiz sahəsi ilə bağlı yeni infrastruktur yaradıb: "Bu infrastruktur təhlükəsizlik sahəsinin və müdafiə sektorunun bir hissəsidir. Çünki hibrid müharibə zamanı kibertəhlükəsizlik milli təhlükəsizliyin bir hissəsidir. Buna görə də İT sektoru, infrastrukturu və bu sahənin inkişafı, təkmilləşdirilməsi ölkəmiz üçün əsas prioritetlərdən biridir".

Oxşar xəbərlər

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb
Ukrayna səfiri GUAM-ın baş katibi ilə görüşüb
Azərbaycan vətəndaşları Ukraynada yeni şirkət yaradan əcnəbilər arasında ilk 10-luğa düşüb
Səfir: "Latviya Azərbaycanla "yaşıl enerji" sahəsində texnologiyalarını paylaşa bilər"
Azərbaycan və Ukrayna əlaqələrinin inkişafına yönəlmiş ikitərəfli layihələr müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle