Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb


Son 1 ildə Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr texnologiya, enerji və dövlət sektorları olub.

"Sizinxeber.az" xəbər verir ki, bunu ​"Mastercard"ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kibertəhlükəsizlik Məhsullarının İdarə Edilməsi üzrə Direktoru Suheyl Hamavıoğlu Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, araşdırma 2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövrü əhatə edib: "Bir il əvvəl çox güman ki, maliyyə sektorunu birinci və ya ikinci sırada görərdik. Lakin hazırkı mənzərə fərqlidir. Texnologiya, enerji və dövlət sektorlarının ön plana çıxması dünyada baş verən geosiyasi və iqtisadi proseslərin kibertəhlükəsizlik mühitinə təsirini aydın şəkildə göstərir. Hesabat dövründə ən çox hücuma məruz qalan aktivlər isə Azərbaycanda müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin biznes sistemləridir. Buraya əsas əməliyyat mühitləri (core environments), bank və mobil tətbiqlər, eləcə də digər kritik biznes proqramları daxildir. Biznes sistemlərindən sonra ən çox hədəf alınan kateqoriya fiziki aktivlərdir. Ümumilikdə biznes sistemləri və fiziki aktivlər bütün kiberhücum hədəflərinin 70 %-dən çoxunu təşkil edir. Bu da təşkilatların həm rəqəmsal, həm də fiziki infrastrukturunun kibertəhlükəsizlik baxımından xüsusi risk altında olduğunu göstərir".

Oxşar xəbərlər

Cihan Salihoğlu: "Süni intellektlə bağlı müqavilə tələblərinin artacağı gözlənilir"
AMB İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir
AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
Azərbaycanda kiberhücumlara ən çox məruz qalan sahə açıqlanıb
Agentlik rəsmisi: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər