Rasim Əliquliyev: "Azərbaycanda rəqəmsal dövlət formalaşdırılır"
Azərbaycanda rəqəmsal dövlətin formalaşması ilə bağlı ardıcıl siyasət ortaya qoyulub.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.
O qeyd edib ki, bu gün vahid platformada Azərbaycan dövlətinin maraqlarına, konstitusional tələblərə müvafiq olan rəqəmsal dövlətin formalaşması vəzifəsi qarşıda durur: "Burada əlbəttə ki, hər bir dövlət qurumunun özünün qarşısında konkret spesifik vəzifələr var və mənim də müşahidəmə görə, çox yüksək səviyyədə bu işlər həyata keçirilir. Bu proseslər tək inzibati və maliyyə resursları ilə həll olunan məsələ deyil. Burada akademik dəstək lazımdır, həm daxildən, həm xaricdən elmi potensial cəlb olunmalıdır".
"Müşahidələrə görə, bu gün elmin qarşıda duran iki məsələ var. Ölkəmizdə milli kiber təhlükəsizlik ekosisteminin və infrastrukturunun formalaşmasının bir obyekti, bir də subyekti var. Milli kiber təhlükəsizlik ekosisteminin qarşısında duran vəzifə rəqəmsal dövlətin bir obyekt kimi güvənli, təhlükəsiz, dayanıqlı, etibarlı olması, bəşəri dəyərlərə hörmət edilməklə rəqəmsal dövlətin formalaşmasıdır. Burada ayrı-ayrı problemlər var. Bura şəbəkə, kommunikasiya, data ekosistemi, süni intellekt texnologiyalarının tətbiq olunması, hansı formada tətbiq olunması, ayrı-ayrı süni intellekt agentlərinin necə sosiallaşacağı, kollektiv süni intellektin necə yaradılacağı daxildir. Digər tərəfi subyektdir ki, kiber təhlükəsizlik ekosistemində olacaq. Yəni, onun özünün arxitekturasından, qarşısında duran vəzifələrdən söhbət gedir".
Oxşar xəbərlər
Rasim Əliquliyev: WUF13-də qaldırılan problemlər aidiyyəti qurumlar üçün prioritet olmalıdır
AMEA-nın vitse-prezidenti: Azərbaycanda süni intellekt inqilabına bənzər proseslər gedir
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumunda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
