Dünya Bankı TBNM layihəsi çərçivəsində Gürcüstana 372 milyon dollar ayırıb
Dünya Bankının Direktorlar Şurası "Transxəzər Nəqliyyat Dəhlizi (TBNM) - Gürcüstanın əlçatanlığının və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması" (TC-GATE) layihəsinin maliyyələşdirilməsinə 372 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında qeyd olunub.
Bankın məlumatına görə, bu layihə ölkədə dəmir yolu yükdaşımalarının buraxılış qabiliyyətini artırmağa, avtomobil yollarının əsas hissələrini modernləşdirməyə, həmçinin dəmir yolu və avtomobil yolları idarələrində məqsədyönlü islahatlar aparmağa imkan verəcək.
"Bu investisiyalar Gürcüstana Avropa və Asiyanı birləşdirən tranzit qovşağı kimi öz potensialını tam şəkildə reallaşdırmağa, eləcə də qlobal ticarət axınlarının artması və tədarük zəncirlərinin şaxələndirilməsi zərurətindən irəli gələn Transxəzər Nəqliyyat Dəhlizinə artan tələbatı ödəməyə kömək edəcək", - məlumatda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın sözlərinə istinadən bildirilib.
Dünya Bankının məlumatına görə, irimiqyaslı TC-GATE layihəsinin ümumi dəyəri 750 milyon ABŞ dollarını ötür, bununla yanaşı Dünya Bankı Qrupu 372 milyon ABŞ dolları ayırır, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) isə qalan hissəni birgə maliyyələşdirəcək.
TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan və Gürcüstandan keçməklə Çinlə Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya lazımi məlumat dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına və müxtəlif ölkələrdən olan, o cümlədən coğrafi baxımdan bilavasitə TBNM marşrutu boyunca yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyin təmin edilməsinə kömək edir.
Oxşar xəbərlər
Dünya Bankı Orta dəhlizin inkişafı üçün Türkiyəyə 660 milyon dollar ayırır
Dünya Bankı və tərəfdaşları TBNM-in inkişafına 2 milyard dollardan çox sərmayə qoyacaq
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Yevgeni Jukov: "ADB Orta Dəhlizin infrastrukturunun inkişafına təxminən 4 milyard dollar investisiya yatırıb"
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
