"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib
sizinxeber.az xəbər saytı

"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib


"ASAN xidmət" və İDEA İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "ASAN Məktub – Yaz Düşərgəsi 2" layihəsi həyata keçirib.

"Sizinxeber.az" xəbər verir ki, məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünüifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub.

Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş aralığında olan 50 uşaq cəlb edilib.

Dörd gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib.

Xatırladaq ki, "ASAN Məktub" fəaliyyətə başladığı gündən 10 700-dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.

Oxşar xəbərlər

"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində 15 və 26 iyun qeyri-iş günü olacaq
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
"Azercell Könüllüləri" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər