İspaniyanın IE Universiteti Azərbaycanda "Global MBA" proqramına qəbul elan edir
sizinxeber.az xəbər saytı

İspaniyanın IE Universiteti Azərbaycanda "Global MBA" proqramına qəbul elan edir


İspaniyanın IE Universiteti Azərbaycanda "Global MBA" proqramına qəbul elan edib.

"Sizinxeber.az" xəbər verir ki, proqrama qəbul bu ilin aprelin 28-də "PAŞA Holding" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), IE Universiteti ilə strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Bu proqram beynəlxalq səviyyədə tanınan rəsmi MBA (magistr) dərəcəsi təqdim edir. Tədris prosesi qarışıq (hibrid) formatda təşkil olunacaq. Bu çərçivədə həm onlayn dərslər, həm də Bakı və Madriddə əyani tədris sessiyaları nəzərdə tutulur. Proqramın tədrisi ingilis dilində aparılacaq.

Proqrama müraciət etmək üçün namizədlər bu tələblərə cavab verməlidirlər: lisenziyalı və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən bakalavr dərəcəsinə malik olmaq; qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo, Cambridge) və ya əvvəlki ali təhsilin ingilis dilində alınması; proqramda iştirak müddətində aktiv əmək fəaliyyəti ilə məşğul olmaq; 5 ildən 15 ilədək peşəkar iş təcrübəsinə malik olmaq; minimum 2 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq; liderlik potensialı və davamlı peşəkar inkişaf göstəricilərinə sahib olmaq.

Qeyd edək ki, "Global MBA" proqramı maksimum 10 kənar (SOCAR və "PAŞA Holding" xaricindən olan) iştirakçı üçün nəzərdə tutulub.

Proqrama qəbul olunan kənar namizədlər üçün təhsil haqqı əməkdaşlıq çərçivəsində təqdim olunan xüsusi endirim əsasında 50 min avro təşkil edəcək. IE Universiteti ödəniş şərtləri və maliyyələşdirmə imkanları qeydiyyat prosesi zamanı birbaşa müəyyən edəcək.

Bu proqram bu ilin sentyabrında başlayacaq və 22 ay davam edəcək. Maraq formasının təqdim edilməsi üçün son tarix isə bu il iyunun 12-dir.

Qeyd edək ki, "Global MBA" proqramı və müraciət prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyən əməkdaşlar üçün iki məlumat sessiyası təşkil olunacaq.

Sessiya 1

Tarix: 9 iyun 2026

Vaxt: 11:00 (Bakı vaxtı) / 09:00 (Madrid vaxtı)

Keçid linki: https://ieuniversity.zoom.us/j/93923646067?pwd=3Tk7ijFrZ4Zh2doLIuDhibLKqtnlhG.1

Kod: AzMBA2026!

Sessiya 2

Tarix: 10 iyun 2026

Vaxt: 16:00 (Bakı vaxtı) / 14:00 (Madrid vaxtı)

Keçid linki: https://ieuniversity.zoom.us/j/96119050967?pwd=BV4btQJjSI7acwQ5JualR8aOmPXvCO.1

Kod: AzMBA26*

Oxşar xəbərlər

Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir
Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq
ADA Universitetində ilk dəfə magistratura pilləsi üzrə hüquq ixtisası tədris olunacaq
Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər