Azərbaycan startapları "Silicon Valley May Summit 2026" tədbirində "Global Startup Showcase" səhnəsinə çıxıb
sizinxeber.az xəbər saytı

Azərbaycan startapları "Silicon Valley May Summit 2026" tədbirində "Global Startup Showcase" səhnəsinə çıxıb


Mayın 19 - 21-i tarixlərində Kaliforniyanın Sunniveyl şəhərində, "Plug and Play" şirkətinin baş ofisində "Silicon Valley May Summit 2026" tədbiri keçirilib.

Üç gün davam edən tədbir bu il 17 fərqli sənaye proqramı üzrə 300-dən çox startapı, 4 000-dən çox iştirakçını, korporativ tərəfdaşları və investorları bir araya gətirib. Builki tədbirin gündəliyində mərkəzi mövzular süni intellekt, fintex, "dərin" texnologiyalar, kibertəhlükəsizlik, mobillik, sənaye təchizatı və yarımkeçirici həlləri olub.

Mayın 20-də keçirilən "Global Startup Showcase" səhnəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə "Plug and Play" innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən "GOAL" proqramının qalibi olan Azərbaycan startapları da çıxış edib.

"GOAL" proqramı çərçivəsində "Global Startup Showcase" səhnəsinə çıxan beş Azərbaycan startapı - "Glacies Biome", "Bonfi", "Recepta", "Pixelfork" və "Pionero AI" biotex, sağlamlıq və süni intellekt sahələrində öz həllərini beynəlxalq auditoriyaya təqdim edib.

"Pionero AI" startapı isə bir neçə həftə öncə keçirilən "Shark Tank" sessiyasının qalibi qismində "Showcase" əsas səhnəsində investorlar önündə xüsusi təqdimat imkanı qazanıb və mayın 20-də çıxış edib. Tədbir Azərbaycan startaplarının qlobal platformalarda tanınmasını təmin etməklə yanaşı, onların Silikon Vadisi ekosisteminə inteqrasiyası, eləcə də beynəlxalq investisiya və korporativ tərəfdaşlıq üçün imkanlar yaradıb.

Oxşar xəbərlər

İRİA və "Plug and Play" startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir
Bəhreyn öz vətəndaşlarına İran və İraqa səfər etməyi qadağan edib
Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb
Fərid Osmanov: “İnnostart” proqramı regionlarda 2 mindən çox gənci innovasiya ekosisteminə cəlb edib"
Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər