Balaxanı neftçiləri “Ümumdünya Ətraf Mühit Günü”ndə tarixi qəsəbəni təmizləyiblər
Balaxanı neftçiləri 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində ölkədə keçirilən ictimai iməcliklərə qoşularaq hasilat şirkətinin ətrafındakı ərazilərdə təmizlik aksiyası keçiriblər. Balaxanı qəsəbəsinin ekoloji sağlamlığına töhfə olan bu tədbirdə məqsəd həm də təmiz ətraf mühitin hər bir icmanın əsası olduğunu xatırlatmaq idi. Yaşayış evlərinin yaxınlığında, Vətən müharibəsi qəhrəmanı Türkman Məmmədovun adına salınan bulağı əhatə edən ərazi təmizləndi, toplanan məişət tullantıları təhvil verildi.
Xatırladaq ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Bakının ən qədim yaşayış yerlərindən biri olan Balaxanının son illərdə yeni dövrü başlayıb. Ölkə rəhbərliyinin tapşırıqları nəticəsində burada geniş miqyaslı ekoloji işlər həyata keçirilib.
Burada hasilat işləri aparan “Balakhani Operating Company LTD” prezidentinin Ətraf Mühitin Mühafizəsi üzrə müavini Ramil Əliyev bu günkü təmizlik aksiyasında vurğulayıb ki, Balaxanı neftçiləri öz məsuliyyətini yalnız enerji istehsalı ilə məhdudlaşdırmır. Şirkət fəaliyyət göstərdiyi ərazilərdə və onların ətrafında yaşıllıq sahələrini genişləndirməklə, mütəmadi ağacəkmə təşəbbüsləri və təmizlik askiyaları keçirməklə bu torpaqların ekoloji dayanıqlığının gücləndirilməsinə də xidmət edir.
Son iki ildə hasilat şirkəti tərəfindən bu məqsədlə 15 000 çox ağac əkilib. Onlar əsasən Eldar Şamı, zeytun və sərv ağaclarıdır ki, boy atdıqca Abşeron yarımadasının iqliminə asan uyğunlaşaraq eroziyanın qarşısını alır və sənaye təsirinə uğramış torpaqların ekoloji bərpasını təmin edir.
Oxşar xəbərlər
Xəzər sahillərində 2 tona yaxın tullantı toplanıb
Sumqayıtda Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə sahilyanı təmizlik aksiyaları keçirilib - FOTO
“Azərsun Holdinq” Beynəlxalq Yer Günü ilə bağlı təmizlik aksiyası keçirib - FOTO
Balaxanı neftçiləri hasilat ərazilərinin ekoloji mühafizəsinə dair elmi sessiyada iştirak ediblər - FOTO
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
