Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi(İRİA), Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holdinq) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin birgə tərəfdaşlığı ilə media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlikmövzusunda təlim keçirilir.
“APA-Economics” xəbər verir ki, təlimin keçirilməsində məqsəd media nümayəndələrini müasir kibertəhlükələr barədə məlumatlandırmaq, onların bu təhdidlərə qarşı daha dayanıqlı və hazırlıqlı olmasına töhfə verməkdir.
Təlimdə İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ETX-nın rəisi Samir Rəsulov açılış nitqi ilə çıxış edib.
Çıxışlarda media sahəsində baş vermiş mövcud kiberinsidentlər və kiberdayanıqlıq səviyyəsi məsələlərinə toxunulub, eyni zamanda media subyektlərində İT infrastrukturunun təkmilləşdirilməsi və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi önə çəkilib.
50-dən çox media subyektinin nümayəndəsinin iştirak etdiyi təlim sessiyalarında adı çəkilən qurumların aidiyyəti sahə üzrə ekspertləri, həmçinin İsrailin “Technion” Texnologiya İnstitutunun və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təlimçisi tərəfindən kiberdayanıqlılıq, kiberinsidentlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər, fişinq və sosial mühəndislik texnikaları, media qurumlarının sosial media hesablarının qorunması, təhlükəsizlik üçün tövsiyə olunan bulud xidmətləri kimi media üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunulub.
Oxşar xəbərlər
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib - FOTO
İRİA: Əhalinin 25%-i minimal təhlükəsizlik komponentlərinə cavab vermir
“Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb
MEDİA region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə konfrans keçirib
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








