Azərbaycan və Belarus hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2026
18:30
ff aaaaaaa

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

03 in, 2026
18:30
873

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul