Azərbaycana daha 30 ukraynalı uşağın gətirilməsi planlaşdırılır
sizinxeber.az xəbər saytı

Azərbaycana daha 30 ukraynalı uşağın gətirilməsi planlaşdırılır


“Bundan sonra da daha 30 ukraynalı uşağın Azərbaycana gətirilməsi planlaşdırılır. Bu, həyata keçirdiyimiz silsilə tədbirlərin növbəti mərhələsidir”.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sədrinin müavini Pərviz Səfərov deyib.

O bildirib ki, Azərbaycana gələn ukraynalı uşaqlar 10 günlük proqram çərçivəsində həm Bakıda, həm də Qəbələdə vaxtlarını səmərəli keçirəcəklər: “Uşaqlar ilk iki günü Bakıda olacaqlar. Bu müddət ərzində onlar müxtəlif art-terapiya və yoqa məşğələlərinə qatılacaq, mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb ediləcəklər. Bununla yanaşı, onların sosial-psixoloji dəstəklə təmin olunması və asudə vaxtlarının səmərəli təşkili həyata keçiriləcək”.

Pərviz Səfərov qeyd edib ki, proqramın növbəti mərhələsində uşaqlar Qəbələdə yerləşən Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri alacaqlar.

O əlavə edib ki, bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.

Oxşar xəbərlər

Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib - FOTO
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün gətirilib
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib, reabilitasiya keçənlərin sayı 600-ü ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər