Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
sizinxeber.az xəbər saytı

Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır


Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Pərviz Səfərov deyib.

O bildirib ki, artıq bir neçə ildir Ukrayna tərəfindən bir qrup uşaq Azərbaycana səfər edir:

"Bu gün də növbəti qrupun Azərbaycan səfəri planlaşdırıb və artıq onlar ölkəmizə gəliblər. 10 gün ərzində olacaq bu proqram çərçivəsində ukraynalı uşaqlar həm Bakı, həm də Qəbələ şəhərlərində öz asudə vaxtlarını səmərəli keçirəcəklər, reabilitasiya proqramları icra olunacaq. Bundan sonra da ukraynalı 30 uşağının Azərbaycana gəlməsi planlaşdırılır. Onlar iki gün ərzində Bakı şəhərində olacaqlar. Bakı şəhərində olduqları müddət ərzində onlar müxtəlif art-terapiyalardan, yoqa məşğələlərindən mütəxəssislərin nəzarəti altında təlimlərə cəlb olunacaqlar. Onların həm sosial-psixoloji və eyni zamanda asudə vaxtlarının səmərəli keçirilməsi həyata keçiriləcək".

Pərviz Səfərov əlavə edib ki, daha sonra uşaqlar Qəbələ şəhərindəki Uşaq Reabilitasiya Mərkəzində olacaqlar:

"Bu müddət ərzində də onların həm tibbi reabilitasiyaları, eyni zamanda sosial-psixoloji reabilitasiya tədbirləri həyata keçiriləcək. Həmçinin, Azərbaycanda olduğu müddət ərzində uşaqlara Azərbaycanın qədim tarixi, mədəni irsi, mədəni tədbirləri haqqında məlumat veriləcək və Azərbaycan haqqında kifayət qədər məlumatlar əldə edəcəklər. Bu artıq bizim silsilə növbəti tədbirlərimizdən biridir. Bundan sonra da bu tədbirlərin olması nəzərdə tutulur".

Oxşar xəbərlər

Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
Agentlik rəsmisi: Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyası yüksək səviyyədə təşkil olunacaq
Ukraynadan daha bir qrup uşaq Azərbaycana gətirilib - FOTO
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər