Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib, reabilitasiya keçənlərin sayı 600-ü ötüb
sizinxeber.az xəbər saytı

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib, reabilitasiya keçənlərin sayı 600-ü ötüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə Azərbaycana gətirilib.

APA xəbər verir ki, bununla da Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötüb.

Bildirilib ki, 10 gün davam edəcək proqram çərçivəsində uşaqlar əvvəlcə Bakıda yerləşən düşərgədə qrup terapiyalarında, meditasiya və yoqa məşğələlərində, eləcə də müxtəlif psixo-sosial təlimlər və ustad dərslərində iştirak edəcəklər.

Proqramın növbəti mərhələsində onlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə əhatə olunacaqlar. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna prosedurları, art-terapiya və digər reabilitasiya xidmətləri göstəriləcək.

Həmçinin proqram iştirakçıları Azərbaycanın mədəni irsi, incəsənəti, tarixi məkanları və milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Oxşar xəbərlər

Ukraynadan daha bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün gətirilib
Ukraynadan daha 34 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib
Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər