Netanyahu: Trampla bəzən taktiki fikir ayrılıqlarımız olsa da, İranla bağlı əsas məsələlərdə razılaşırıq
ABŞ Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı problemi diplomatik yollarla həll edə biləcəyinə inanır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu CNBC telekanalına müsahibəsində deyib.
Netanyahu qeyd edib ki, o və Tramp İranla bağlı əsas məsələlərdə razılaşırlar.
“Tramp hesab edir ki, uranın zənginləşdirilməsi problemini diplomatik təzyiq və sərt danışıqlar yolu ilə həll edə bilər. Məncə, ona şans verilməlidir”, - o bildirib.
Netanyahu ABŞ və İsrail arasında zaman-zaman taktiki fikir ayrılıqlarının yarandığını da etiraf edib. O vurğulayıb ki, bütün fikir ayrılıqlarına baxmayaraq, tərəflər həmişə razılıq əldə etməyi bacarırlar: “Bəzən ən yaxşı ailələrdə olduğu kimi, bizim də taktiki fikir ayrılıqlarımız olur. Biz həmişə fikir ayrılıqlarımızı həll etməyin yolunu tapırıq”.
Baş nazir qeyd edib ki, tərəflər qısa müddətdə ortaq mövqeyə gəlməyi bacarırlar: “Səhər fikir ayrılığı yaşaya bilərik, amma günortaya ortaq addım atırıq”.
Netanyahu Donald Trampla şəxsi münasibətlərinin dəyişmədiyini diqqətə çatdırıb: “O, mənə hörmət edir, mən də ona hörmət edirəm”.
Oxşar xəbərlər
Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq
Tramp Netanyahu ilə söhbətindən danışıb
ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həll etməyə hazırlaşır
KİV: Netanyahu İranın əsas nüvə obyektlərinə zərbələrlə bağlı ABŞ-a xəbərdarlıq edir
NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
-
İlandağ yazısı deşifrə edilib
-
Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı fəaliyyətinin fəallaşmasından məmnun deyil
