16
apr
2026
17:19
yuxarı
Bakıda tuneldə asfalt örtüyü çökdü - Video
Bakıda tuneldə asfalt örtüyü çökdü - Video
11:15
Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.
Sizinxeber.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Azərbaycan Dəmir Yolları QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev saytımıza açıqlamasında bildirib ki, Sabunçu rayonu ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub.
“Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq”, - o bildirib.
