Culfada baş verən yanğında xəsarət alan ana və övladının vəziyyəti ağırdır - YENİLƏNİB
Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi və son vəziyyətləri açıqlanıb.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb
Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb
Gəncədə yaşayış binasının dam örtüyündə yanğın olub
Batabat yolunda avtomobil yoldan çıxaraq aşıb, 5 nəfər xəsarət alıb
Oğuzda ev yanıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
-
Sabah Bakının Nəsimi rayonunun bəzi hissəsində qaz olmayacaq
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
