Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb
Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Oxşar xəbərlər
Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var
Neftçalada ağır yol qəzasında 6 nəfər xəsarət alıb
Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var
Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
Salyanda yol qəzası olub, 3 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













