Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib


Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/8 final mərhələsinə start verilib.

“Report” Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu çıxışını qələbə ilə yekunlaşdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba) döyüşəcək.

Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək. Boksçumuz Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Z.Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.

Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1 (28:28, 29:27, 27:29, 29:27, 28:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4 finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.

Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8 finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 29:27, 29:28, 29:28, 29:28). Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə (Yunanıstan) üz-üzə gələcək.

Qeyd edək ki, millimizin daha 3 boksçusu 1/8 final görüşünə çıxacaq.

Oxşar xəbərlər

Azərbaycanın 3 boksçusu dünya birinciliyində qələbə qazanıb
Azərbaycanın 2 boksçusu dünya birinciliyində qələbə qazanıb
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç boksçusu dünya birinciliyinə qələbə ilə start verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər