Azərbaycan II Türk Dünyası Gənc Şairlər Festivalına ev sahibliyi edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
14:00

Azərbaycan II Türk Dünyası Gənc Şairlər Festivalına ev sahibliyi edəcək

28 may, 2025
14:00
519

Azərbaycan II Türk Dünyası Gənc Şairlər Festivalına ev sahibliyi edəcək

II Türk Dünyası Gənc Şairlər Festivalı Azərbaycanda keçiriləcək və Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə ithaf olunacaq.

APA xəbər verir ki, bunu Qırğızıstanın Oş şəhərində təşkil edilmiş, qırğız şairi Colon Mamıtovun xatirəsinə həsr olunmuş I Türk Dünyası Gənc Şairlər Festivalı çərçivəsində keçirilən şeir gecəsində TÜRKSOY-un baş katibi Sultan Rayev deyib.

Qeyd edək ki, I Türk Dünyası Gənc Şairlər Festivalında Azərbaycandan yollanan heyət — Fərid Hüseyn, İntiqam Yaşar, Nadir Yalçın və Ayşən Rəhim iştirak edir.

Bizimlə əlaqə saxlayın