Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"
sizinxeber.az xəbər saytı

Portuqaliya minifutbol yığmasının meneceri: "Azərbaycan dünya çempionatının favoritidir"


Portuqaliya minifutbol yığmasının meneceri Hüqo Koşta Azərbaycan millisini dünya çempionatının favoriti hesab edir.

O, bunu “Report”a açıqlamasında deyib.

Menecer Azərbaycan millisi ilə yanaşı, Rumıniya və Çexiyanı da fərqləndirib:

“Təbii ki, Azərbaycan millisi dünya çempionatının favoritidir. Çünki ev sahibi olmaqla yanaşı, həm də gözəl komandadır. Həmçinin Rumıniya millisi hər mundialda çox güclü çıxış edir. Çexiya da çox yaxşı oynayır və favoritdir. Bunlar çempionatda gördüyüm ən yaxşı komandalardır və düşünürəm ki, çox irəli gedəcəklər”.

O, növbəti mərhələyə vəsiqəni təmin etmiş Portuqaliya yığmasının oyununa da toxunub:

“Qrup lideri olduğumuza görə bu oyun bizim üçün formal xarakter daşıyırdı. Amma qələbə qazanıb və komandanı növbəti oyuna hazırlamağı çox istəyirdik. Qrup mərhələsini lider kimi başa vurduğumuz üçün məsuliyyət hiss edirik. Artıq rəqiblərimizi gözləyirik və arzumuz finala çıxmaqdır”.

Komanda rəsmisi indiyə qədər ən yaxşı təşkilatçılığı Azərbaycanda gördüyünü vurğulayıb:

“Bu, iştirak etdiyim dördüncü belə yarışdır. Səmimi deyirəm, indiyə qədər gördüyüm ən yaxşı təşkilatçılıqdır. Həmçinin dünya çempionatının Təşkilat Komitəsinin ən yaxşılardan olduğuna əminəm”.

Oxşar xəbərlər

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi növbəti matçına çıxacaq
Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək
Portuqaliya dünya çempionatında Hindistan üzərində böyük hesablı qələbə qazanıb
Azərbaycan millisi dünya çempionatında böyükhesablı qələbə qazanıb
Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle