Bakı aviasiya innovasiyaları mərkəzi kimi: kadr hazırlığından kosmik müşahidəyə qədər
Bakıda ixtisaslaşmış aviasiya mütəxəssislərinin gələcək inkişafını dəstəkləmək üçün Milli Aviasiya Akademiyasının bazasında Almaniyanın DFS Aeronaviqasiya Akademiyasının filialı açılacaq.
“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev “Global Airspace Radar” nəşrinə müsahibəsində bildirib.
"Yeni akademiya müasir 3D hava hərəkətini idarəetmə (ATM) simulyatoru ilə təchiz ediləcək. Bu, həm yerli, həm də xarici tələbələr üçün qabaqcıl təlim mühiti yaradacaq", - AZANS-ın rəhbəri vurğulayıb.
F.Quliyevin sözlərinə görə, Azərbaycan öz hava məkanını təkcə etibarlı və təhlükəsiz tranzit dəhlizinə deyil, həm də Avrasiya məkanında perspektivli innovasiya, regional əməkdaşlıq və hava məkanını dayanıqlı idarəetmə modelinə çevirmək niyyətindədir.
"Növbəti 12 ay ərzində AZANS Milli Hava Məkanı Strategiyası (NAS) çərçivəsində bir sıra layihələr həyata keçirəcək. Bu layihələr həm aviasiya infrastrukturunun ekoloji dayanıqlılığının, həm də əməliyyat səmərəliliyinin artırılmasına yönəldiləcək.
Növbəti beş il ərzində regional əməkdaşlığın genişləndirilməsinə, nasazlıqlara qarşı dayanıqlılığın artırılmasına və ADS-B kosmik müşahidəsinin tətbiqi, mülki-hərbi koordinasiyanın genişləndirilməsi və hava hərəkətini idarəetmə sistemlərinin tam rəqəmsallaşdırılması da daxil olmaqla, əsas strateji investisiyaların tamamlanmasına fokuslanacağıq", - F.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, bütün bu səylər dayanıqlılıq prinsipləri, o cümlədən yanacaq səmərəliliyinin artırılması və CO₂ emissiyalarının azaldılması nəzərə alınmaqla həyata keçiriləcək.
Oxşar xəbərlər
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb
AZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
AZANS və NATS Azərbaycanın hava hərəkətinin idarəetmə standartlarını yüksəltmək üçün güclərini birləşdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
