Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
17:00

Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib

27 may, 2025
17:00
594

Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına islamofobiya ilə birgə mübarizəyə çağırış edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMTM) icraçı direktoru Rəvan Həsənov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı çərçivəsində yekun sənədin qəbulundan sonra çıxışında danışıb.

R.Həsənov yekun sənədin qəbulunun effektiv olacağına inandığını vurğulayıb:

"İslamofobiyaya qarşı birgə mübarizədə yorulmayaq. Biz bu gün islamofobiya ilə mübarizə mesajımızı Bakıdan dünyaya ötürdük. Ümid edirəm ki, bu mesajı dünyanın hər yerindən çatdırmağı bacaracayıq. Ayrı-seçkiliyin hər növünə qarşı birlikdə mübarizə aparmağa qadirik".

Bizimlə əlaqə saxlayın