

BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
Bizim islamofobiya ilə mübarizədə əsas məqsədimiz nifrəti susdurmaqdır.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadə Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransın panel sessiyasında deyib.
Onun sözlərinə görə, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq edilməsi diqqət mərkəzindədir:
"İslamofobiya sadəcə, dini dözümsüzlük deyil. Bu həm də cəmiyyətlərdə gərginlik və nifrət toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Bu, xüsusilə də gənclərin həyatında təzahür edir. Onların dinlərarası və mədəniyyətlərarası dialoqa təşviq edilməsi prosesini gecikdirir".
BMTM əməkdaşı qeyd edib ki, əgər gənclər qeyri-tolerantlıq nümayiş etdirən bir millətin təmsilçisi olsa, bu, onlara mənfi təsir göstərəcək, inkişaflarını ləngidəcək".
L.Xəlilzadə bildirib ki, islamofobiya ilə mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salınmalıdır:
"Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Gənclər bu prosesdə bizə dəstək ola bilər. Onların təşəbbüsləri genişdir, enerjiləri çoxdur. Fərqli yanaşmaları ilə yeni həll yolları təklif edə bilərlər".
O, bu məsələdə multikulturalizm təcrübəsi olan qurum və nümayəndələrin gənclərə dəstək olmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Samir Boundinar: Gənclərin islamofobiya ilə mübarizədə təsir imkanlarını genişləndirmək lazımdır
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
Bakıda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları birgə xatirə fotosu çəkdiriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
