Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

Mirzоyan ABŞ dövlət katibinin köməkçisinin müavini ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib


Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Haka ilə görüşüb.

Bu barədə “Sizinxeber.az” Ermənistan KİV-inə istinadən məlumat verir.

Görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyəti müzakirə ediblər.

Mirzоyan vurğulayıb ki, bu gün regionda möhkəm sülhün bərqərar olması üçün real imkan mövcuddur və Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması bu yolda mühüm tarixi mərhələ olacaq.

Tərəflər, həmçinin sülh gündəliyinin irəli aparılması üçün davam edən səylər barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər
Ermənistanın Baş naziri ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Bakıda səfərdədir
Ararat Mirzоyan: Rusiya Ermənistan üçün müttəfiqdir
Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər