

Azərbaycanın üç boksçusu dünya birinciliyinə qələbə ilə start verib
Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə qələbə ilə start verib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qızbəs İsgəndərli (60 kq) 1/16 finalda Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib.
İsgəndərli 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.
63,5 kq çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. O, Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kq) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.
Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın boks millisi dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək
Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
