Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkədə səfərdə olan Türkiyə Quru Qoşunlarının Birinci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər hər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Türkiyə nümayəndə heyəti səfər çərçivəsində həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini də ziyarət edib. Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.
Oxşar xəbərlər
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB
Müdafiə nazirinin müavinləri Qətərə səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
