Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb
sizinxeber.az xəbər saytı

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb


Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “ExoKavkaza” qondarma qurumun “Dövlət Təhlükəsizlik Xİdməti”nə istinadən məlumat yayıb.

Bildirilib ki, “DTX” Rusiya FTX-nin Sərhəd Departamenti ilə birlikdə Abxaziyanın Qali bölgəsində “dövlət sərhədini qanunsuz keçmək üçün kanal” aşkar edərək iki qrup xarici vətəndaşı saxlayıb.

Məlumata görə saxlanılan Türkiyə vətəndaşları əvvəllər sifarişli qəttlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl, eləcə də narkotik alverinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır.

Azərbaycan vətəndaşları isə 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğludur. “DTX”nın məlumatına görə, Azərbaycan vətəndaşları onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər.

“Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizlik Xidməti saxlanılan Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə göndərildiyini dəqiqləşdirməyib”, - məlumatda qeyd edilib.

Qeyd olunub ki, saxlanılan şəxslər barəsində “Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi”də “cinayət işi” açılıb və iş üzrə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Oxşar xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıb
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb - VİDEO
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle