Azərbaycanın 3 boksçusu dünya birinciliyində qələbə qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 3 boksçusu dünya birinciliyində qələbə qazanıb


Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, mundialın ikinci günündə 48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 finalda Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) ilə münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16 finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raundu aktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb – 5:0 (30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünü Bayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.

Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu (Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda diskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvü ikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu dünya birinciliyinə qələbə ilə start verib
Azərbaycanın üç boksçusu Avropa çempionatında finala yüksəlib
Azərbaycan boksçusu lisenziya turnirində ikinci qələbəsini qazanıb
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər