Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransın birinci günü başa çatıb.
"Report" xəbər verir ki, iki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistandan sosial təminat qurumlarının nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbirdə çıxış edərək bu konfransın sosial müdafiə sahəsində qlobal əməkdaşlığın, təcrübə mübadiləsinin genişləndirilməsində önəmini vurğulayıb.
DSMF-nin İdarə Heyətinin və BPSFA-nın sədri Zəka Mirzəyev çıxışında Assosiasiyanın fəaliyyəti çərçivəsində üzv təşkilatların fəal əməkdaşlığnın onlara sosial müdafiə sahəsində ən son tədqiqatlara, qabaqcıl beynəlxalq təcrübələrə və ən son metodlara çıxış əldə etməyə imkan verdiyini vurğulayıb.
Beynəlxalq Əmək Təşkilatı tərəfindən edilən videomüraciətdə isə bu konfransın ölkələrdə sosial təminat sahəsində aparılan islahatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi qeyd edilib.
Konfransda Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimatlar edilib. Tədbirdə həmçinin Serbiya, Özbəkistan, Qırğızıstan, Tacikistanın pensiya sistemləri, Qazaxıstanda sosial sığorta sistemi, Azərbaycanda əmək bazarının inkişafı perspektivləri və s. mövzularda təqdimatlar edilərək müzakirələr aparılıb.
Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, konfrans Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının təşkilatçılığı və Dövlət Sosial Müdafiə Fondunun ev sahibliyi ilə baş tutur.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və bir sıra ölkələrin sosial təminat qurumlarının rəhbərləri iştirak edir.
Foto: Zaur Mustafayev
Oxşar xəbərlər
Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilir
Zəka Mirzəyev: Bakıda keçirilən beynəlxalq konfrans olduqca əlverişli bir platformadır
Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
DSMF sədri İSSA-nın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib
İƏT Əmək Mərkəzinin rəhbəri: Sosial müdafiə sahəsində inklüzivliyə can atılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
