Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıs hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Oxşar xəbərlər
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayıb
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzvlərinin məhkəməsi başlayır
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən AXCP üzlərinin məhkəməsində ittiham aktı elan olunub
Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlarda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Dövlət əleyhinə və terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













