Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın 4 boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib


Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın 4 boksçusu yarımfinala vəsiqə əldə edib.

"Sizinxeber.az" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.

Yarımfinala yüksələn 4 boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

Oxşar xəbərlər

Nəbi İsgəndərov Dünya Kubokunda növbəti qələbəsini qazanıb
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycan boksçusu Dünya kubokunda yarımfinala vəsiqə qazanıb
Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda qələbə qazanıb
Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər