Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
sizinxeber.az xəbər saytı

Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib


Azərbaycanın daha iki boksçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala yüksəlib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel du Nasimento ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.

Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Azərbaycan boksçuları final uğrunda görüşə iyulun 5-də çıxacaqlar.

Oxşar xəbərlər

Azərbaycanın iki boksçusu Dünya Kubokunda 1/4 finala yüksəlib
Azərbaycan boksçusu Dünya kubokunda yarımfinala vəsiqə qazanıb
Azərbaycanın daha üç boksçusu dünya birinciliyində yarımfinala vəsiqə qazanıb
Azərbaycan millisinin daha bir boksçusu Monteneqrodakı turnirdə yarımfinala yüksəlib
Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle