Müdafiə Sənayesi və İqtisadiyyat Nazirliklərinə yeni səlahiyyətlər verilib
sizinxeber.az xəbər saytı

Müdafiə Sənayesi və İqtisadiyyat Nazirliklərinə yeni səlahiyyətlər verilib


Prezident İlham Əliyev "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş "Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 30 avqust 2000-ci il tarixli, eləcə də "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 4 iyul 2013-cü il tarifli fərmanlarda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilməsi üçün təsdiqedici sənədlər verəcək səlahiyyətli qurumlar müəyyən edilib. Belə ki, hərbi təyinatlı məhsul istehsalı layihələrinə münasibətdə səlahiyyətlər Müdafiə Sənayesi Nazirliyinə, digər layihələrə münasibətdə isə İqtisadiyyat Nazirliyinə verilib.

Oxşar xəbərlər

Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub
İqtisadiyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərlə bağlı qərar verib
Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Azərbaycanda sosial müəssisələrdəki şəxslərin qida normaları yenidən müəyyən ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər