Dübəndidə dəniz sahilində aşkar edilmiş neft qalıqları ərazidən kənarlaşdırılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Dübəndidə dəniz sahilində aşkar edilmiş neft qalıqları ərazidən kənarlaşdırılıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.

Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Oxşar xəbərlər

Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Ramana qəsəbəsində sursat aşkarlanıb - VİDEO
Saray qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO
Mehdiabadda sursat aşkar edilib - VİDEO
Qobuda aşkar edilən hərbi sursatlar FHN-in mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər