Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın 3 boksçusu bürünc medalı təmin edib


Azərbaycanın 3 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə bürünc medalı təmin ediblər.

"Report" xəbər verir ki.,Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.

Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.

Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.

Yarımfinal görüşləri oktyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, bir gün öncə yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.

Oxşar xəbərlər

Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın iki boksçusu Bolqarıstandakı turnirdə 1/4 finala yüksəlib
Azərbaycanın kişi basketbolçuları Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb
Azərbaycan boksçuları Bolqarıstandakı turnirdə 1/4 finala yüksəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər