Bakıda "Parabadminton Günü" keçirilib
Bu gün Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə "Parabadminton Günü" təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandanın parabadmintonçuları iştirak ediblər.
Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbir çərçivəsində iştirakçılar parabadminton ilə ilk dəfə tanış olub, bu idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə nəzəri biliklər əldə ediblər. Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazanıblar.
Tədbirin əsas məqsədi parabadmintonun ölkəmizdə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.
Oxşar xəbərlər
Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək
Fərid Qayıbov Dünya Badminton Federasiyasının İnkişaf direktoru ilə görüşüb
Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək
Azərbaycan paralimpiyaçıları bu il 22 medal qazanıb
Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
