ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər.
"Report" Küveyt Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən xəbər verir ki, rəsmilər görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafını və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Qeyd olunub ki, tərəflər İranın əmirliyin ərazisinə son hücumlarını pisləyiblər. "Küveyt suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır", - nazirlikdən qeyd edilib.
Rubio və Əs-Sabah həmçinin iki ölkə arasında siyasi, müdafiə və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər. Onlar regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün ABŞ və Küveytin səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Dövlət katibi görüşün yekunlarına əsasən, ABŞ-nin Küveytin və Fars körfəzindəki bütün tərəfdaşlarının təhlükəsizliyinə sadiqliyini qeyd edərək əlavə edib ki, iki dövlət regional sabitlik, eləcə də açıq və azad Hörmüz boğazı ilə bağlı baxışlarında həmrəydir.
Xatırladaq ki, iyunun 3-də İranın Küveyt hava limanına pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar nəticəsində bir nəfər ölüb, 63 nəfər yaralanıb. Lakin sonradan İran hava limanına zərbə endirdiyini təkzib edərək, dağıntıların ABŞ-nin "Patriot" hava hücumundan müdafiə sisteminə aid raketin hava limanına düşməsi nəticəsində meydana gəldiyini iddia edib.
Oxşar xəbərlər
Küveytin hərbi qüvvələri dron hücumlarını dəf edib
Rubio və Şərif İsrail ilə İran arasında sülhü müzakirə ediblər
Lavrovla Rubio Rusiya və ABŞ arasındakı əlaqələri müzakirə ediblər
Sibiqa və Rubio Ciddədə gözlənilən görüşü müzakirə ediblər
Lavrov və Rubio Ukraynada vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
