Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
sizinxeber.az xəbər saytı

Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb


Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə sabitliyinin dəstəklənməsi, islahatların həyata keçirilməsi və Aİ-yə üzvlük yolunda irəliləməsinə yönəlmiş "Ukraine Facility" mexanizmi çərçivəsində təqribən 2,8 milyard avroya yaxın vəsait köçürüb.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

"Bu gün biz Ukraine Facility çərçivəsində Ukraynaya təqribən 2,8 milyard avro köçürdük. Maliyyələşmə Ukraynaya öz maliyyə ehtiyaclarını ödəməyə və Rusiya təcavüzündən müdafiə olunmağa davam etdiyi müddətdə dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləməyə kömək edəcək", - Mersye deyib.

O qeyd edib ki, bu, "Ukraine Facility" proqramı çərçivəsində artıq yeddinci tranşdır və 2024-cü ilin martından etibarən mexanizm çərçivəsində Ukrayna planı üzrə ayrılmış yardımın ümumi həcmi 29,5 milyard avroya çatıb.

Oxşar xəbərlər

Avropa İttifaqı Ukraynaya büdcə yardımının növbəti tranşını köçürüb
Aİ Şurası Ukraynaya 2,8 milyard avro məbləğində yeni yardım tranşını təsdiqləyib
Ukrayna Avropa Komissiyasından 3,5 milyard avroluq növbəti yardım alıb
Çexiya Ukrayna xəstəxanalarının modernləşdirilməsi üçün 100 milyon avro ayıracaq
Avropa İttifaqı Ukraynaya daha bir milyard avro ayırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər