AMB banklar və biznes arasında nağdsız ödənişləri üzrə yeni tarifləri açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
16:30
ff aaaaaaa

AMB banklar və biznes arasında nağdsız ödənişləri üzrə yeni tarifləri açıqlayıb

09 in, 2026
16:30
971

AMB banklar və biznes arasında nağdsız ödənişləri üzrə yeni tarifləri açıqlayıb

Nağdsız ödənişlərin təşviqi və biznesin xərclərinin azaldılması məqsədilə MCC tariflərində balanslaşdırılmış yanaşma tətbiq olunub.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş proqram təminatı mühəndisi Tofiq Acırqayev "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə deyib.

Onun sözlərinə görə, yeni tariflərə əsasən ərzaq mağazaları və apteklərdə aparılan əməliyyatlar üçün 1,25 %, yanacaqdoldurma məntəqələri üzrə 0,75 %, digər ümumi MCC kateqoriyaları üzrə isə maksimum 1,5 % tarif müəyyən edilib.

T. Acırqayev bildirib ki, dəyişikliklərin əsas məqsədi acquirer bankların (ödənişləri qəbul etmək üçün ticarət və xidmət obyektlərinə (satıcılara) xidmət göstərən maliyyə qurumu) xərclərini azaltmaq, bununla da təsərrüfat subyektləri üçün xidmət haqlarının aşağı düşməsinə şərait yaratmaq və nağdsız ödənişlərin daha geniş yayılmasını təşviq etməkdir.

"Tariflər müəyyən edilərkən "acquirer" və "issuer" (emitent) bankların, eləcə də təsərrüfat subyektlərinin maraqları arasında balansın qorunmasına xüsusi diqqət yetirilib", - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul