Vüqar Gülməmmədov: "Büdcədə gəlirlər hər il proqnozu üstələyir, xərclər proqnozdan az icra edilir"
sizinxeber.az xəbər saytı

Vüqar Gülməmmədov: "Büdcədə gəlirlər hər il proqnozu üstələyir, xərclər proqnozdan az icra edilir"


Son illər dövlət büdcəsi ilə bağlı diqqət çəkən məqam, gəlirlərinin hər il proqnozu üstələməsi, xərclərin isə proqnozdan az icra edilməsidir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu tendensiya 2025-ci ilin dövlət büdcəsinə də müşahidə edilib, nəticədə 3,1 milyard manat defisit proqnozuna qarşı 580 milyon manat profisit qeydə alınıb: "Gəlirlərin proqnozdan yüksək icrası fonunda xərclərin proqnozdan aşağı icrası, bununla da profisitin əldə olunması fiskal dayanıqlılıq baxımından müsbət qiymətləndirilsə də, beynəlxalq fiskal idarəetmə təcrübəsinə görə, büdcə xərclərinin planlaşdırılan səviyyədən əhəmiyyətli dərəcədə (yəni 5 %-dən aşağı icrası) büdcə planlaşmasının qiymətləndirilməsi baxımından əlavə təhlil tələb edən məqamlardandır".

Sədr əlavə edib ki, ümumilikdə hesabat ilində icra edilməyən xərclərin məbləği 2,8 milyard manat təşkil edib: "Bu məbləğlərin təsnifatlar üzrə təhlilini aparmışıq. Təhlil göstərir ki, icra edilməyən xərclərdə inzibati təsnifat üzrə icra bölüşdürülməyən xərclərin, funksional təsnifat üzrə iqtisadi fəaliyyət bölməsinin, iqtisadi təsnifat üzrə isə qeyri-maliyyə aktivlərin payı üstünlük təşkil edir. Bu il ilk dəfə olaraq qurumlar tərəfindən təqdim edilmiş məlumatların müvafiq informasiya sistemi üzrə yığılmasını və emalını həyata keçirməyə çalışmışıq. Məlumatların təhlili göstərir ki, iqtisadi təsnifatın malların satın alınması və qeyri-maliyyə aktivləri bölməsi tərkibinin 64 istiqaməti üzrə ümumilikdə 927 halda icra 0 %, 1 101 halda isə 50 %-ə kimi olub".

Oxşar xəbərlər

Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
Vüqar Gülməmmədov müdafiə olunan xərclərlə bağlı tövsiyyələr verib
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər