Sizinxeber.az » Elm və təhsil » Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir

Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) keçirilib.

Sizinxeber.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ilk dəfədir paytaxtdan kənarda belə bir konfrans keçirilir: “Sumqayıt Dövlət Universiteti bu məsuliyyətli işi öz üzərinə götürüb və nazirlik olaraq biz bu konfransı dəstəkləyirik”.

Nazir çıxışı zamanı, həmçinin gənc doktorantlara dəstəyin əhəmiyyətindən danışıb: “Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir. Akademik dürüstlüyə sadiq qalsaq, elmi nailiyyətlərimiz də artmağa davam edəcək. Əks halda isə heç nəyə nail ola bilməyəcəyik”.

Emin Əmrullayev deyib ki, Elm və Təhsil Nazirliyi hər il doktorantların xaricdə təhsil almalarına şərait yaradır və bu ənənə davam edəcək. Nazir, həmçinin bildirib ki, elm sahəsində olduğu kimi ali təhsil sistemində də islahatlar davam etdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !