İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır
sizinxeber.az xəbər saytı

İnnovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yeni imkanlar yaradılır


Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “SABAH.city” innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edilib.

Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Yüksək Texnologiyalar Parkının rəhbər heyəti, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də adıçəkilən qurum və müəssisələrin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, görüş zamanı iştirakçılara “SABAH.city” layihəsinin əhəmiyyəti, indiyədək görülmüş işlər, şəhərciyin hazırkı inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Həmçinin innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb.

Görüşdə “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planı, yeni yaradılacaq laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Sonda görüş iştirakçıları “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar.

Oxşar xəbərlər

Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
SDU-da “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılışı olub
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Sumqayıt Dövlət Universitetində “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” layihəsinin açılış mərasimi keçirilib
Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər