Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti qeyd edildi, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb.
Qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq.
Görüşdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları və Azərbaycan Texniki Universitetinin rektoru görüşdə iştirak ediblər.
Oxşar xəbərlər
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
